Bank Of Baku

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib
# 29 oktyabr 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 110 bəndədək enib, S&P 500 0,1% - 1 184 bəndədək, Nasdaq 0,2% - 2 507 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikası əsasən korporativ xəbərlərin təsiri altında dəyişib.
Avropa fond bazarlarında oktyabrın 28-də FTSE 100 indeksi 0,6% - 5 678 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 835 bəndədək, Almaniya DAX-ı 0,4% - 6 595 bəndədək yüksəlib. Avropada «Royal Dutch Shell»in səhmləri 0,5%, BP-nin səhmləri 0,9%, «Repsol»un səhmləri 1,8%, «France Telecom»un səhmləri 3,1%, «Deutsche Telecom»un səhmləri 3,1%, «Vodafone»un səhmləri 2,7%, «Telenor»un səhmləri 1,6% bahalaşıb.
Oktyabrın 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% artaraq 1 342,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3901 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR