Bank Of Baku

AGBI indeksi 1,0372, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0372, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 01 noyabr 2010 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0371 bənd və ya 3,7% artaraq noyabr ayının 1-nə 1,0372 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.

Oktyabrın 29-da məcmu həcmi 6,5 mln. manat olan dövlət istiqrazlarının iki buraxılışı yerləşdirilib ki, nəticədə bazarın kapitallaşması artıb və bu artım AGBI indeksinin yüksəlməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR