Bank Of Baku

Dow Jones indeksi 0,04% yüksəlib, S&P 500 0,04% enib, Nasdaq dəyişməyib

Dow Jones indeksi 0,04% yüksəlib, S&P 500 0,04% enib, Nasdaq dəyişməyib
# 01 noyabr 2010 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 11 118 bəndədək yüksəlib, S&P 500 0,04% - 1 183 bəndədək enib, Nasdaq dəyişməz qalaraq 2 507 bənd təşkil edib. «APA-Economics»in məlumatına görə, oktyabrın 29-da ABŞ fond bazarında passivlik müşahidə olunub ki, bu da Federal Ehtiyat Sisteminin bu həftə keçiriləcək iclasın nəticələrinin gözləntiləri ilə bağlıdır.
Eyni vəziyyət Avropa fond bazarlarında da müşahidə olunub. Belə ki, oktyabrın 29-da FTSE 100 indeksi 0,1% - 5 675 bəndədək, Fransa CAC-40-ı 0,04% - 3 834 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 6 601 bəndədək yüksəlib.
Oktyabrın 29-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 357,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3995 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR