Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib
# 02 noyabr 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 125 bəndədək, S&P 500 0,1% - 1 184 bəndədək, Nasdaq 0,1% - 2 505 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər təsir edib. O cümlədən, sənayedə fəallıq indeksinin oktyabr ayında 54,4 bənddən 56,9 bəndədək yüksəlməsi bazara müsbət təsir edib.
Avropa fond bazarlarında isə noyabrın 1-də FTSE 100 indeksi 0,3% - 5 695 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 841 bəndədək, Almaniya DAX-ı 0,1% - 6 605 bəndədək yüksəlib. Kotirovkaların yüksəlməsi neft və dağ-mədən sahəsində müşahidə olunub, bank sahəsində isə kotirovkaların enməsi baş verib. Belə ki, «Societe Generale»in səhmləri 1%, «BNP Paribas»ın səhmləri 0,7%, «Deutsche Bank»ın səhmləri 1,1%, «Barclays»ın səhmləri 0,4% ucuzlaşıb.
Noyabrın 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 350,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3930 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR