Bank Of Baku

BFB-da 10107726S seriyalı 5,005 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10107726S seriyalı 5,005 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 02 noyabr 2010 15:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10107726S seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 5 005 000 manat təşkil edib. Sifarişlər 99,86% (gəlirlik 1,46%) qiyməti ilə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,86% (gəlirlik 1,46%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5,005 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin dekabrın 7-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR