Bank Of Baku

BFB-da 10207826S seriyalı 8 043,7 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10207826S seriyalı 8 043,7 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 02 noyabr 2010 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10207826S seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 8 043 700 manat təşkil edib. Sifarişlər 99,38% (gəlirlik 2,50%) və 99,39% (gəlirlik 2,46%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,38% (gəlirlik 2,50%), orta ölçülmüş qiymət isə 99,39% (gəlirlik 2,46%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 8 043,7 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin fevralın 1-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR