Bank Of Baku

AGBI indeksi 1,0762, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0762, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 03 noyabr 2010 06:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0761 bənd və ya 7,6% artaraq noyabr ayının 3-nə 1,0762 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin artması noyabrın 2-də dövlət istiqrazların iki emissiyasının yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının artması səbəbindən baş verib. Qeyd edək ki, emissiyanın biri 5,005 mln. manat, digəri isə 8,044 mln. manat həcmində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR