Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq 1,2% yüksəlib
# 03 noyabr 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 11 189 bəndədək, S&P 500 0,8% - 1 194 bəndədək, Nasdaq 1,2% - 2 534 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına siyasi amillər, o cümlədən ABŞ Konqresinə keçirilən seçkilər təsir edib.
Avropa fond bazarlarında noyabrın 2-də FTSE 100 indeksi 1,1% - 5 757 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 866 bəndədək, Almaniya DAX-ı 0,8% - 6 654 bəndədək yüksəlib. Kotirovkaların yüksəlməsi əsasən neft sahəsində müşahidə olunub. Belə ki, «BG Group»un səhmləri 3,4%, BP-nin səhmləri 1,8%, «Royal Dutch Shell»in səhmləri 1,5%, «Total»in səhmləri 1,7% bahalaşıb.
Noyabrın 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 356,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4011 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR