Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 7 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 7 mln. manatlıq notları yerləşdirilib
# 03 noyabr 2010 13:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104325S seriyalı, ümumi həcmi 7 mln. manat, hərraca çıxarılan həcmi 7 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 7 003,6 min manat təşkil edib. Sifarişlər 99,90% (gəlirlik 1,29%) - 99,89% (gəlirlik 1,42%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,89% (gəlirlik 1,42%), orta ölçülmüş qiymət isə 99,8983% (gəlirlik 1,31%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 1 000 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 7 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin dekabrın 1-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR