Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0903, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0903, AMFBI indeksi 1,0001 təşkil edib
# 04 noyabr 2010 07:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0761 bənd və ya 7,1% azalaraq noyabr ayının 4-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0903 bənd və ya 9% artaraq 1,0903 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması noyabrın 3-də 6 mln. manat həcmində bir not buraxılışının dövriyyədən çıxarılması və 7 mln. manatlıq yeni emissiyanın yerləşdirilməsindən sonra bazar kapitallaşmasının artması nəticəsində baş verib.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR