Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib
# 04 noyabr 2010 07:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 215 bəndədək, S&P 500 0,4% - 1 198 bəndədək, Nasdaq 0,3% - 2 540 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikası Federal Ehtiyat Sisteminin dünənki qərarının təsiri altında olub. Xatırladaq ki, FES-in iclasında əsas uçot dərəcəsinin 0-0,25% səviyyəsində saxlanılması və bazardan 600 mlrd. dollar həcmində aktivlərin geri alınması üzrə proqramın icrasına başlanması barədə qərar qəbul edilib ki, bu da analitiklərin ümidlərini tam doğrultmasa da, bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Avropa fond bazarlarında noyabrın 3-də FTSE 100 indeksi 0,2% - 5 749 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 843 bəndədək, Almaniya DAX-ı 0,6% - 6 618 bəndədək enib.
Noyabrın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% azalaraq 1 333,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4124 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR