Bank Of Baku

Dow Jones indeksi 2%, S&P 500 1,9%, Nasdaq 1,5% yüksəlib

Dow Jones indeksi 2%, S&P 500 1,9%, Nasdaq 1,5% yüksəlib
# 05 noyabr 2010 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 2% - 11 435 bəndədək, S&P 500 1,9% - 1 221 bəndədək, Nasdaq 1,5% - 2 577 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, beləliklə Federal Ehtiyat Sisteminin bazardan 600 mlrd. dollar məbləğində aktivlərin geri alınması üzrə proqramın başlanması barədə qərarının ABŞ fond bazarına müsbət təsiri davam edir.
Avropa fond bazarlarında noyabrın 4-də FTSE 100 indeksi 2% - 5 863 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 917 bəndədək, Almaniya DAX-ı 1,8% - 6 735 bəndədək yüksəlib. Avropa bazarlarına da FES-in qərarı çox müsbət təsir edib. Avropada «BNP Paribas»ın səhmləri 3,7%, «Societe Generale»in səhmləri 4,5%, «Deutsche Bank»ın səhmləri 2,3%, «Standard Chartered»in səhmləri 4,8%, «Lloyds Banking Group»un səhmləri 1,5%, «Royal Bank of Scotland»ın səhmləri 4,4%, BP-nin səhmləri 3,5%, «Royal Dutch Shell»in səhmləri 1,3%, «Total»in səhmləri 2,6% bahalaşıb.
Noyabrın 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 3,7% artaraq 1 383,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4194 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR