Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq 0,7% enib
# 10 noyabr 2010 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 11 347 bəndədək, S&P 500 0,8% - 1 213 bəndədək, Nasdaq 0,7% - 2 563 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikası əsasən korporativ xəbərlərin təsiri altında olub.
Avropa fond bazarlarında noyabrın 9-da FTSE 100 indeksi 0,4% - 5 875 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 946 bəndədək, Almaniya DAX-ı 0,6% - 6 788 bəndədək yüksəlib. Avropada “Barclays”ın səhmləri 4%, “Royal Bank of Scotland”ın səhmləri 0,3%, “BNP Paribas”ın səhmləri 0,9%, “Societe Generale”in səhmləri 0,2% bahalaşıb.
Noyabrın 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 410,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3765 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR