Bank Of Baku

AGBI indeksi 0,9160, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9160, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 10 noyabr 2010 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0841 bənd və ya 8,4% azalaraq noyabr ayının 10-na 0,9160 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması noyabrın 9-da dövlət istiqrazların 15,3 mln. manat həcmində olan bir buraxılışın dövriyyədən çıxarılmasında sonra bazar kapitallaşmasının azalması nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR