Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 7 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 7 mln. manatlıq notları yerləşdirilib
# 10 noyabr 2010 15:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104425S seriyalı, ümumi həcmi 7 mln. manat, hərraca çıxarılan həcmi 7 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 7 898,7 min manat təşkil edib.

Sifarişlər 99,9000% (gəlirlik 1,29%) – 99,8486% (gəlirlik 1,95%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8486% (gəlirlik 1,95%), orta ölçülmüş qiyməti isə 99,8551% (gəlirlik 1,29%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi 7 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin dekabrın 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR