Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1662, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1662, AMFBI indeksi 1,0001 təşkil edib
# 11 noyabr 2010 06:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0841 bənd və ya 9,2% artaraq noyabr ayının 11-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1662 bənd və ya 16,6% artaraq 1,1662 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması noyabrın 10-da 5 mln. manatlıq notlar buraxılışın dövriyyədən çıxarılması və 7 mln. manat həcmində olan bir buraxılışın yerləşdirilməsindən sonra yaranmış bazar kapitallaşmasının artması nəticəsində baş verib.

AGBI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR