Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,4%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,4%, Nasdaq 0,9% enib
# 12 noyabr 2010 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 11 283 bəndədək, S&P 500 0,4% - 1 214 bəndədək, Nasdaq 0,9% - 2 556 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına İrlandiyada borc böhranın yaranması ehtimalları mənfi təsir edib.
Avropa fond bazarlarında noyabrın 11-də FTSE 100 indeksi 0,03% - 5 815 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 867 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 6 723 bəndədək yüksəlib. Avropa bazarlarında “Bank of Ireland”ın səhmləri 7,9%, “Credit Agricole”un səhmləri 2,4%, “Royal Bank of Scotland”ın səhmləri 2,7%, “Renault”un səhmləri 0,2%, “Peugeot Citroen”in səhmləri 0,4%, “Fiat”ın səhmləri 2,3% ucuzlaşıb.
Noyabrın 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 403,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3610 (-1,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR