Bank Of Baku

BFB-da 10803427S seriyalı 997,5 min manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-da 10803427S seriyalı 997,5 min manatlıq DOİ emissiyası yerləşdirilib
# 12 noyabr 2010 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10803427S seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 997,5 min manat təşkil edib. Sifarişlər 100,00% (gəlirlik 5,00%) qiyməti ilə təqdim olunub. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 997,5 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2013-cü ilin noyabrın 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR