Bank Of Baku

BFB-da 10308026S seriyalı 7 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10308026S seriyalı 7 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 12 noyabr 2010 15:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10308026S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 10 037,1 min manat təşkil edib. Sifarişlər 98,53% (gəlirlik 2,99%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülü qiymətləri emitent tərəfindən 98,53% (gəlirlik 2,99%) səviyyəsində müəyyən edilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 7 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin mayın 13-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR