Bank Of Baku

AGBI indeksi 1,0935, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0935, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 13 noyabr 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0934 bənd və ya 9,4% artaraq noyabr ayının 13-nə 1,0935 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.

Noyabrın 12-də dövlət istiqrazların 3 buraxılış yerləşdirilib ki, nəticədə bazar kapitallaşması 16,035 mln. manat artıb. Bu da AGBI indeksinin artmasına təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR