Bank Of Baku

Dow Jones indeksi 1,6%, S&P 500 1,6%, Nasdaq 1,8% enib

Dow Jones indeksi 1,6%, S&P 500 1,6%, Nasdaq 1,8% enib
# 17 noyabr 2010 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 11 024 bəndədək, S&P 500 1,6% - 1 178 bəndədək, Nasdaq 1,8% - 2 470 bəndədək enib. «APA-Economics»in məlumatına görə, investorlar Çin tərəfindən faiz dərəcələrin artırılmasından ehtiyatlanırlar, çünki bu dünya iqtisadiyyatının bərpasını ləngidə bilər.
Avropa fond bazarlarında noyabrın 16-da FTSE 100 indeksi 2,4% - 5 682 bəndədək, Fransa CAC-40-ı 2,6% - 3 763 bəndədək, Almaniya DAX-ı 1,8% - 6 663 bəndədək enib. Avropa bazarlarında “BP”nin səhmləri 3,3%, “Royal Dutch Shell”in səhmləri 2,1%, “Total”in səhmləri 3,3%, “BNP Paribas”ın səhmləri 3,5%, “Societe Generale”in səhmləri 4,5%, “Deutsche Bank”ın səhmləri 1,5%, “Standard Chartered”in səhmləri 4,4%, “Lloyds Banking Group”un səhmləri 1,5%, “Royal Bank of Scotland”ın səhmləri 4,7% ucuzlaşıb.
Noyabrın 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,2% azalaraq 1 338,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3510 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR