Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,02%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,02%, Nasdaq 0,3% yüksəlib
# 18 noyabr 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 11 008 bəndədək, S&P 500 0,02% - 1 179 bəndədək, Nasdaq 0,3% - 2 476 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikası makroiqtisadi göstəricilərin təsiri altında olub və bu göstəricilərin investorlar tərəfindən birmənalı qarşılanmaması səbəbindən bazarda vahid dinamika olmayıb.
Avropa fond bazarlarında noyabrın 17-də FTSE 100 indeksi 0,2% - 5 693 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 792 bəndədək, Almaniya DAX-ı 0,6% - 6 700 bəndədək yüksəlib.
Noyabrın 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 336,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3586 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR