Bank Of Baku

Dow Jones indeksi 1,6%, S&P 500 1,5%, Nasdaq 1,6% yüksəlib

Dow Jones indeksi 1,6%, S&P 500 1,5%, Nasdaq 1,6% yüksəlib
# 19 noyabr 2010 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 11 181 bəndədək, S&P 500 1,5% - 1 197 bəndədək, Nasdaq 1,6% - 2 514 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra amillər təsir edib. Belə ki, İrlandiyada real vəziyyətin borc böhranının yaranması ehtimallarından daha müsbət olması, «General Motors»un IPO keçirməsi və müsbət makroiqtisadi göstəricilər fond indekslərinin yüksəlməsinə səbəb olub.
Avropa fond bazarlarında noyabrın 18-də FTSE 100 indeksi 1,3% - 5 769 bəndədək, Fransa CAC-40-ı 2% - 3 868 bəndədək, Almaniya DAX-ı 2% - 6 832 bəndədək yüksəlib. Avropa bazarlarında isə kotirovkaların dinamikası əsasən korporativ xəbərlərin təsiri altında olub. Nəticədə, «Bank of Ireland»ın səhmləri 7,5%, «Lloyds Banking Group»un səhmləri 2,1%, «Royal Bank of Scotland»ın səhmləri 0,7%, «Peugeot»un səhmləri 5,6%, «Renault»un səhmləri 3,7%, «Volkswagen»in səhmləri 2,8%, «BMW»nin səhmləri 3,7% bahalaşıb.
Noyabrın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 353 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3627 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR