Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1429, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1429, AMFBI indeksi 1,0001 təşkil edib
# 19 noyabr 2010 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq noyabr ayının 19-na 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1429 bənd və ya 14,3% artaraq 1,1429 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması noyabrın 18-də 2 mln. manat həcmində not buraxılışının yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının genişlənməsi səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR