Bank Of Baku

BFB-da 10208226S seriyalı 15 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10208226S seriyalı 15 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 19 noyabr 2010 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10208226S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 22 527 200 manat təşkil edib. Sifarişlər 99,38% (gəlirlik 2,50%) – 99,40% (gəlirlik 2,42%) qiymət intervalı ilə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,38% (gəlirlik 2,50%), orta ölçülmüş qiyməti isə 99,39% (gəlirlik 2,46%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin fevralın 18-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR