Bank Of Baku

Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yük daşınması 6% artıb

Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yük daşınması 6% artıb
# 22 noyabr 2010 06:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yük daşınması əvvəlki ilin 10 ayı ilə müqayisədə 6,1% artaraq 18,3 mln. ton olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə orta hesabla sutkada 705 vaqon yüklənib, 473 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 34 min ton, Qərb istiqaməti üzrə 2,6 min ton və Cənub istiqamətləri üzrə 3,3 min ton yüklənmə işi yerinə yetirilib.

Bundan başqa, ilin ilk 10 ayı ərzində dəmir yolunda yük dövriyyəsi 8,4% artaraq 6,9 mlrd. ton/km təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR