Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib
# 22 noyabr 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 204 bəndədək, S&P 500 0,3% - 1 200 bəndədək, Nasdaq 0,2% - 2 518 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən xarici amillər təsir edib. Bunların sırasında Çinin pul-kredit siyasətində edilən və ediləcək dəyişikliklər, habelə İrlandiya iqtisadiyyatında yaranmış problemləri qeyd etmək olar.
Avropa fond bazarlarında noyabrın 19-da FTSE 100 indeksi 0,6% - 5 733 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 860 bəndədək enib, Almaniya DAX-ı 0,2% - 6 844 bəndədək yüksəlib.
Noyabrın 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 352,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3763 (+1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR