Bank Of Baku

AGBI indeksi 1,1385, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,1385, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 22 noyabr 2010 07:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1384 bənd və ya 13,8% artaraq noyabr ayının 22-nə 1,1385 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1429 bənd və ya 12,5% azalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin artması noyabrın 19-da 27 mln. manat həcmində iki dövlət istiqrazları buraxılışının yerləşdirilməsi və 2 mln. manat həcmində bir buraxılışın dövriyyədən çıxarılması nəticəsində bazar kapitallaşmasının artması səbəbindən baş verib.

ACBDI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR