Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,2% enib, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2% enib, Nasdaq 0,6% yüksəlib
# 23 noyabr 2010 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 179 bəndədək, S&P 500 0,2% - 1 198 bəndədək enib, Nasdaq 0,6% - 2 532 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən xarici amillər təsir edib, o cümlədən Avropanın bir sıra ölkələrində yaranan iqtisadi problemlər investorların diqqət mərkəzində olub.
Avropa fond bazarlarında noyabrın 22-də FTSE 100 indeksi 0,9% - 5 681 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 819 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 822 bəndədək enib. Avropada “Bank of Ireland”ın səhmləri 17,6%, “Banco Santander”in səhmləri 4%, “BBVA”nın səhmləri 3,9%, “BNP Paribas”ın səhmləri 2,2%, “Societe Generale”in səhmləri 2,8%, “UBS”in səhmləri 2,1% ucuzlaşıb.
Noyabrın 22-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 357,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3584 (-1,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR