Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,4%, Nasdaq 1,5% enib

Dow Jones indeksi 1,3%, S&P 500 1,4%, Nasdaq 1,5% enib
# 24 noyabr 2010 07:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 11 036 bəndədək, S&P 500 1,4% - 1 181 bəndədək, Nasdaq 1,5% - 2 495 bəndədək enib. «APA-Economics»in məlumatına görə, Avropanın bir sıra ölkələrində yaranan iqtisadi problemlərin ABŞ fond bazarına mənfi təsiri davam edib.
Avropa fond bazarlarında noyabrın 23-də FTSE 100 indeksi 1,8% - 5 581 bəndədək, Fransa CAC-40-ı 2,5% - 3 724 bəndədək, Almaniya DAX-ı 1,7% - 6 705 bəndədək enib.
Noyabrın 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 377,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3397 (-1,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR