Bank Of Baku

BFB-da 10308426S seriyalı 8 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10308426S seriyalı 8 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 24 noyabr 2010 08:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10308426S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 8 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 22 416 700 manat təşkil edib. Sifarişlər 99,61% (gəlirlik 2,83%) – 98,53% (gəlirlik 2,99%) qiymət intervalı ilə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,57% (gəlirlik 2,91%), orta ölçülmüş qiyməti isə 98,60% (gəlirlik 2,85%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 621 100 manat məbləğində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 8 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin mayın 24-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR