Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 3 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 3 mln. manatlıq notları yerləşdirilib
# 24 noyabr 2010 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104625S seriyalı, ümumi həcmi 10 mln. manat, hərraca çıxarılan həcmi 3 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 17 509 800 manat təşkil edib. Sifarişlər 99,9000% (gəlirlik 1,29%) – 99,8486% (gəlirlik 1,95%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,9000% (gəlirlik 1,29%), səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 600 300 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin dekabrın 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR