Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,5%, Nasdaq 1,9% yüksəlib

Dow Jones indeksi 1,4%, S&P 500 1,5%, Nasdaq 1,9% yüksəlib
# 25 noyabr 2010 06:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 11 187 bəndədək, S&P 500 1,5% - 1 198 bəndədək, Nasdaq 1,9% - 2 543 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına bir sıra makroiqtisadi göstəricilər müsbət təsir edib.
Avropa fond bazarlarında noyabrın 24-də FTSE 100 indeksi 1,4% - 5 657 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 748 bəndədək, Almaniya DAX-ı 1,8% - 6 824 bəndədək yüksəlib.
Noyabrın 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 377,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3313 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR