Bank Of Baku

Avropa fond indeksləri artıb

Avropa fond indeksləri artıb
# 26 noyabr 2010 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avropa fond bazarlarında noyabrın 25-də FTSE 100 indeksi 0,7% - 5 699 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 760 bəndədək, Almaniya DAX-ı 0,8% - 6 880 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərin bir gün əvvəl kəskin yüksəlməsi Avropa fond bazarlarına müsbət təsir edib.
Noyabrın 25-də Amerika fond bazarında Şükranlıq Günü münasibəti ilə ticarət aparılmayıb. Qeyd edək ki, əvvəlki gün Dow Jones indeksi 1,4% - 11 187 bəndədək, S&P 500 1,5% - 1 198 bəndədək, Nasdaq 1,9% - 2 543 bəndədək yüksəlib.
Noyabrın 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 373,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3323 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR