Bank Of Baku

BFB-da 10208526S seriyalı 15 720,1 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10208526S seriyalı 15 720,1 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 26 noyabr 2010 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10208526S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 7 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 15 720 100 manat təşkil edib. Sifarişlər 99,38% (gəlirlik 2,50%) – 99,43% (gəlirlik 2,30) qiymət intervalı ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 99,38% (gəlirlik 2,50%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15 720,1 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin fevralın 25-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR