Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 0,8%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,9%, S&P 500 0,8%, Nasdaq 0,3% enib
# 29 noyabr 2010 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 11 092 bəndədək, S&P 500 0,8% - 1 189 bəndədək, Nasdaq 0,3% - 2 535 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi əsasən bir sıra Avropa ölkələrində iqtisadi problemlərin yaranması ehtimallarının təsiri altında baş verib.
Avropa fond bazarlarında noyabrın 26-da FTSE 100 indeksi 0,5% - 5 669 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 729 bəndədək, Almaniya DAX-ı 0,5% - 6 849 bəndədək enib. Avropa fond bazarlarına Portuqaliyanın maliyyə yardımı üçün avrozona ölkələrinə müraciət etməsi zəruriyyəti ilə bağlı yayılan xəbərlər mənfi təsir edib. Nəticədə, «Banco Santander»in səhmləri 2,9%, «BNP Paribas»ın səhmləri 2,2%, «Lloyds Banking Group»un səhmləri 4,4%, «BMW»nin səhmləri 1,1%, «Volkswagen»in səhmləri 0,6%, «Renault»un səhmləri 2,1%, «Peugeot Citroen»in səhmləri 2,7%, «Fiat»ın səhmləri 1,5% ucuzlaşıb.
Noyabrın 26-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 364,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3242 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR