Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,1%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,1%, Nasdaq 0,4% enib
# 30 noyabr 2010 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 11 052 bəndədək, S&P 500 0,1% - 1 188 bəndədək, Nasdaq 0,4% - 2 525 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında mənfi dinamika bir sıra Avropa ölkələrin borcları ilə gərgin vəziyyətlə bağlı olub.
Avropa fond bazarlarında noyabrın 29-da FTSE 100 indeksi 2,1% - 5 551 bəndədək, Fransa CAC-40-ı 2,5% - 3 637 bəndədək, Almaniya DAX-ı 2,2% - 6 698 bəndədək enib.
Noyabrın 29-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 366 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3103 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR