Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 1,1% enib
# 01 dekabr 2010 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 11 006 bəndədək, S&P 500 0,6% - 1 181 bəndədək, Nasdaq 1,1% - 2 498 bəndədək enib. «APA-Economics»in məlumatına görə, bir sıra Avropa ölkələrinin borcları ilə yaranmış gərginliyin ABŞ fond bazarına mənfi təsiri davam edir.
Avropa fond bazarlarında noyabrın 30-da FTSE 100 indeksi 0,4% - 5 528 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 610 bəndədək, Almaniya DAX-ı 0,1% - 6 689 bəndədək enib. Avropa bazarlarında «BNP Paribas»ın səhmləri 3,4%, «Societe Generale»in səhmləri 3,6%, «Deutsche Bank»ın səhmləri 1,4%, «Banco Bilbao Vizcaya Argentaria»nın (BBVA) səhmləri 3,2%, «Royal Dutch Shell»in səhmləri 0,5%, «Repsol»un səhmləri 0,1%, BP-nin səhmləri 1,1% ucuzlaşıb.
Noyabrın 30-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 386,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3022 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR