Bank Of Baku

BFB-da 10306826S seriyalı 3 872,3 min manatlıq DQİ emissiyası üzrə əlavə yerləşdirmə keçirilib

BFB-da 10306826S seriyalı 3 872,3 min manatlıq DQİ emissiyası üzrə əlavə yerləşdirmə keçirilib
# 01 dekabr 2010 07:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10306826S seriyalı dövlət qısamüddətli istiqrazları (DQİ) üzrə əlavə yerləşdirmə keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 3 872 300 manat təşkil edib. Sifarişlər 99,09% (gəlirlik 2,99%) qiymətilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər emitent tərəfindən 99,09% (gəlirlik 2,99%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 872,3 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin martın 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR