Bank Of Baku

BFB-da 10207426S seriyalı 4 106,5 min manatlıq DQİ emissiyası üzrə əlavə yerləşdirmə keçirilib

BFB-da 10207426S seriyalı 4 106,5 min manatlıq DQİ emissiyası üzrə əlavə yerləşdirmə keçirilib
# 01 dekabr 2010 08:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10207426S seriyalı dövlət qısamüddətli istiqrazları (DQİ) üzrə əlavə yerləşdirmə keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 4 106 500 manat təşkil edib. Sifarişlər 99,68% (gəlirlik 2,39%) 99,67% (gəlirlik 2,47%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,67% (gəlirlik 2,47%), orta ölçülmüş qiymət isə 99,68% (gəlirlik 2,39%) səviyyəsində emitent tərəfindən müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 106,5 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin yanvarın 18-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR