Bank Of Baku

BFB-da 10306426S seriyalı 3 538,1 min manatlıq DQİ emissiyası üzrə əlavə yerləşdirmə keçirilib

BFB-da 10306426S seriyalı 3 538,1 min manatlıq DQİ emissiyası üzrə əlavə yerləşdirmə keçirilib
# 01 dekabr 2010 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10306426S seriyalı dövlət qısamüddətli istiqrazları (DQİ) üzrə əlavə yerləşdirmə keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 3 538 100 manat təşkil edib. Sifarişlər 99,23% (gəlirlik 2,89%) 99,20% (gəlirlik 3%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,20% (gəlirlik 3%), orta ölçülmüş qiymət isə 99,22% (gəlirlik 2,93%) səviyyəsində emitent tərəfindən müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 538,1 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin martın 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR