Bank Of Baku

BFB-da 10207826S seriyalı 1 003,6 min manatlıq DQİ emissiyası üzrə əlavə yerləşdirmə keçirilib

BFB-da 10207826S seriyalı 1 003,6 min manatlıq DQİ emissiyası üzrə əlavə yerləşdirmə keçirilib
# 01 dekabr 2010 10:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10207826S seriyalı dövlət qısamüddətli istiqrazları (DQİ) üzrə əlavə yerləşdirmə keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifariş nominal üzrə ümumi həcmi 1 003 600 manat təşkil edib. Sifariş 99,57% (gəlirlik 2,50%) qiymətilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 99,57% (gəlirlik 2,50%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 003,6 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin fevralın 1-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR