Bank Of Baku

AMB-nin notları üzrə növbəti hərrac baş tutmayıb

AMB-nin notları üzrə növbəti hərrac baş tutmayıb
# 01 dekabr 2010 14:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankın 50104725S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 7 000 000 manat, hərraca çıxarılan həcmi – 7 000 000, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən «APA-Economics»ə verilən məlumatına görə, hərracda 1 investor iştirak edib.

Hərracda təqdim olunmuş sifarişin nominal üzrə məbləği 997 800 manat təşkil edib. Sifariş 99,86% (gəlirlik 1,80%) qiyməti ilə təqdim edilib.

Hərrac ikidən az investorun iştrakı nəticəsində rəqabətli qiymətin formalaşmaması səbəbindən Mərkəzi Bank tərəfindən baş tutmamış elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR