Bank Of Baku

Dow Jones indeksi 2,3%, S&P 500 2,2%, Nasdaq 2,1% yüksəlib

Dow Jones indeksi 2,3%, S&P 500 2,2%, Nasdaq 2,1% yüksəlib
# 02 dekabr 2010 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 2,3% - 11 256 bəndədək, S&P 500 2,2% - 1 206 bəndədək, Nasdaq 2,1% - 2 549 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına makroiqtisadi göstəricilər müsbət təsir edib.
Avropa fond bazarlarında dekabrın 1-də FTSE 100 indeksi 2,1% - 5 643 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 669 bəndədək, Almaniya DAX-ı 2,7% - 6 867 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların yüksəlməsinə müsbət korporativ xəbərlər təsir edib.
Dekabrın 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 388,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3103 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR