Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1,3%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 1%, S&P 500 1,3%, Nasdaq 1,2% yüksəlib
# 03 dekabr 2010 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 11 362 bəndədək, S&P 500 1,3% - 1 222 bəndədək, Nasdaq 1,2% - 2 579 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə bir sıra pərakəndə ticarət şirkətlərinin müsbət hesabatları təsir edib.
Avropa fond bazarlarında dekabrın 2-də FTSE 100 indeksi 2,2% - 5 768 bəndədək, Fransa CAC-40-ı 2,1% - 3 747 bəndədək, Almaniya DAX-ı 1,3% - 6 958 bəndədək yüksəlib. Avropa bazarlarında «Volkswagen»in səhmləri 1,8%, «Porsche»nin səhmləri 5,1%, «Renault»un səhmləri 3,9%, «Bank Santander»in səhmləri 5,1%, «Banco Bilbao Vizcaya Argentaria» (BBVA.) bankın səhmləri 4,2%, «Societe Generale»in səhmləri 4,5% bahalaşıb.
Dekabrın 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 389,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3207 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR