Bank Of Baku

BFB-da 10208726S seriyalı 7 832,1 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10208726S seriyalı 7  832,1 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 03 dekabr 2010 15:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10208726S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 7 832 100 manat təşkil edib. Sifarişlər 99,38% (gəlirlik 2,50%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülü qiymətləri emitent tərəfindən 99,38% (gəlirlik 2,50%) səviyyəsində müəyyən edilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 7 832,1 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin martın 4-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR