Bank Of Baku

«Aqrolizinq» ASC 4 lot üzrə keçirdiyi açıq tenderin nəticələrini açıqlayıb

«Aqrolizinq» ASC 4 lot üzrə keçirdiyi açıq tenderin nəticələrini açıqlayıb
# 04 dekabr 2010 09:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Aqrolizinq» ASC bu ilin noyabr ayının 25-də 4 lot üzrə keçirdiyi açıq tenderin nəticələrini açıqlayıb.

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, tenderdə birinci lot üzrə «Proline Technolgy», ikinci lot üzrə «Alten Group», üçüncü lot üzrə «Yuqa Motors» MMC və sonuncu lot üzrə isə «Proline Technolgy» şirkətləri qalib olub.

Bundan başqa, «Aqrolizinq» ASC 100 ədəd CK-5MЭ-1 «Niva Effect» taxılyığan kombaynlara zəmanət dövründə texniki xidmət göstərilməsi və zəmanət müddəti bitdikdən sonra uzunmüddətli saxlanca qoyulması işlərinin satın alınmasına dair tender keçirir. Bu tenderdə iştirak etmək istəyənlər «Aqrolizinq» ASC-nin baş ofisi ilə əlaqə saxlaya bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR