Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib
# 07 dekabr 2010 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 362 bəndədək, S&P 500 0,1% - 1 223 bəndədək enib, Nasdaq 0,1% - 2 595 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına əsasən xarici amillər təsir edib, o cümlədən Avropada borc böhranının qarşısının alınmasına yönəldilən tədbirlərlə bağlı fikir ayrılığı bazar iştirakçıları tərəfindən mənfi qarşılanıb.
Avropa fond bazarlarında dekabrın 6-da FTSE 100 indeksi 0,4% - 5 771 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,04% - 3 749 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 6 954 bəndədək yüksəlib. Avropa bazarlarında BP-nin səhmləri 3,4%, «BG Group»un səhmləri 2,6%, «Total»in səhmləri 1%, «Statoil»un səhmləri 1,6% bahalaşıb, «Barclays»ın səhmləri 1,9%, «Societe Generale»in səhmləri 1,8%, «Deutsche Bank»ın səhmləri 1,6%, «Banco Santander»in səhmləri 2,2% ucuzlaşıb.
Dekabrın 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 416,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3338 (-0,05%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR