Bank Of Baku

Dow Jones indeksi 0,03% enib, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,03% enib, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib
# 08 dekabr 2010 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 11 359 bəndədək enib, S&P 500 0,1% - 1 224 bəndədək, Nasdaq 0,1% - 2 598 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da vergi güzəştlərinin müddətinin uzadılması ilə bağlı xəbərin fond bazarına təsiri birmənalı olmayıb.
Avropa fond bazarlarında dekabrın 7-də FTSE 100 indeksi 0,7% - 5 809 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 811 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 002 bəndədək yüksəlib. Avropa bazarlarında müsbət dinamikaya İrlandiya tərəfindən sərt büdcənin qəbul ediləcəyi barədə məlumatlar təsir edib.
Dekabrın 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 409 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3216 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR