Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,4% yüksəlib
# 09 dekabr 2010 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 372 bəndədək, S&P 500 0,4% - 1 228 bəndədək, Nasdaq 0,4% - 2 609 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında ölkə iqtisadiyyatı üzrə nikbin proqnozlar üstünlük təşkil edib.
Avropa fond bazarlarında dekabrın 8-də FTSE 100 indeksi 0,2% - 5 795 bəndədək enib, Fransa CAC-40-ı 0,6% - 3 832 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,4% - 6 976 bəndədək enib.
Dekabrın 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% azalaraq 1 383,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3295 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR